Harvard məzunu Samir Şərifovun müavini oldu

harvard-mezunu-samir-serifovun-muavini-oldu
Oxunma sayı: 10399

Azərbaycanda Maliyyə nazirinə yeni müavin təyin edilib.

"Qafqazinfo" “APA”ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan Maliyyə nazirinin müavini təyin olunub.

"Qafqazinfo"nun məlumatına görə, Emin Hüseynov, eyni zamanda “ADA” Universitetinin strategiya və inkişaf üzrə prorektorudur. 

O, magistr təhsilini Floridada (ABŞ) iqtisadiyyat üzrə alıb, əmək fəaliyyətinə 1998-ci ildə Dünya Bankının Azərbaycan bölməsində iqtisadçı kimi başlayıb. 2001-2003-də İMF-in Bakı bürosunda çalışıb. 2003-2005-də yenidən Dünya Bankına qayıdıb. 2005-ci ildən Mərkəzi Bankda Departament Direktoru işləyib. 2009-da isə Harvard Universitetini idarəçilik ixtisası üzrə bitirib.

Sonra isə Mərkəzi Bankın Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.