Gömrük yoxlamaları asanlaşdırılır - Video

gomruk-yoxlamalari-asanlasdirilir
Oxunma sayı: 2419

“Gömrük sistemində işlərin sürətləndirilməsi və prosedurların sadələşdirilməsi istiqamətində işlər aparılır”.

Qafqazinfo”nun Ans TV-yə istinadən məlumatına görə, bu barədə Dövlət Gömrük Xidməti rəhbərinin müavini Şahin Bağırov jurnalistlərə məlumat verib.

“Hazırda biz iki layihə əsasında bunu həyata keçiririk. İlk növbədə ABŞ-ın ixrac nəzarəti və sərhəd təhlükəsizliyi proqramı çərçivəsində bir sıra avadanlıqlar verilib. İkinci növbədə isə Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik ilə bizim bərabər layihəmiz əsasında radioloji nəzarətin həyata keçirilməsi üçün verilən texniki vasitələrdir. Həmin texniki vasitələr eyni zamandan laborator müayinələrin aparılması üçün də istifadə ediləcək. Bu avadanlıqlardan həm keçid məntəqələrində, həm də Bakı Baş Gömrük İdarəsində istifadə oluncaq”, - deyə Şahin Bağırov diqqətə çatdırıb.