“Fitch” 14 rus şirkətinin reytinqini qaldırdı

fitch-14-rus-sirketinin-reytinqini-qaldirdi
Oxunma sayı: 688

“Fitch” beynəlxalq agentliyi Rusiyanın 14 şirkətinin reytinqini “neqativ”dən “stabil”ə qaldırıb.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, siyahıya “Qazprom”, “Qazprom neft”, “Lukoyl”, “Atomenerqoprom”, “Novatek”, Rostelekom”, “Tatbneft”, “İnter RAO”, “Severstal”, NLMK, RJD, FPK, FSK EES daxil edilib.

FPK və “QSS Suxovo”dan başqa digər şirkətlərin xarici valyuta üzrə uzunmüddətli kredit reytinqi “BBB-“ səviyyəsində təsdiq edilib. Bu iki şirkətin suveren reytinqi isə “BB+” və “BB-“ səviyyəsində təsdiqlənib.