FES-in qərarı Azərbaycana necə təsir edəcək? - Baş bankirdən şərh

fes-in-qerari-azerbaycana-nece-tesir-edecek-
Oxunma sayı: 2825

ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək”.

“Qafqaznfo”nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, FES-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil:

“Daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur”.