Fərid Məmmədov Kapital Bankın rəhbərliyindən ayrıldı

ferid-memmedov-kapital-bankin-rehberliyinden-ayrildi
Oxunma sayı: 4913

Kapital Bankın İdarə Heyətində dəyişiklik olub. Bankın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov vəzifəsindən ayrılıb.

Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinovun “Qafqazinfo”ya verdiyi məlumata görə, F. Məmmədov fevral ayından PAŞA Holding-in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirəcək.