FED uçot dərəcəsini artıracaq

fed-ucot-derecesini-artiracaq
Oxunma sayı: 2283

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın iki gün davam edən iclasının yekunlarına dair məlumatda deyilir.

FED-in Açıq Bazar Komitəsi üzvlərinin qənaətinə əsasən, ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri artımı labüd edəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.