“Exchange”lərdə dolların satış məzənnəsi maksimal həddə çatdı

exchangelerde-dollarin-satis-mezennesi-maksimal-hedde-catdi
Oxunma sayı: 12048

Bakı şəhərinin nağd valyuta bazarında bu gün saat 17:00-dan sonra ABŞ dollarının satış məzənnəsi 1,62 AZN/USD-yə yüksəlib, alış məzənnəsi isə 1,53 AZN/USD-yə kimi azaldılıb.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, günün ilk yarısında kommersiya bankları "exchange" əməliyyatlarını 1,5620-1,5700 AZN/USD məzənnəsi ilə aparıb.

Nağd dollar məzənnəsinin kəskin dəyişməsi Mərkəzi Bankın (AB) bugünkü valyuta hərracının nəticələri məlum olduqdan sonra baş verib. Belə ki, AMB dolların sabah üçün rəsmi məzənnəsini 0,55% artıraraq 1,5745 AZN/USD səviyyəsində müəyyənləşdirib.

Beləliklə, son günlərdə müşahidə olunan manatın möhkəmlənməsi prosesi başa çatıb. Buna əsas səbəb isə dünya bazarında neftin qiymətinin son günlər ərzində 15%-dək enməsi olub. Bundan daha önəmlisi isə Rusiya Bankının (Mərkəzi Bank) rublun məzənnəsinə müdaxilə etməyəcəyi barədə açıqlaması olub ki, məhz bu açıqlamadan sonra Rusiyada dolların məzənnəsi 2,4% artaraq 80,6 RUB/USD-yə çatıb. Artıq qısa müddət ərzində dolların 100 rubla qədər bahalaşması mümkündür ki, bu da manatın məzənnəsinə ciddi təsir edəcək.

Qeyd edək ki, bu gün üçün rəsmi məzənnə 1,5659 AZN/USD səviyyəsində müəyyən edilib. Banklar 4%-lik marja limitini nəzərə almaqla nağd dolların minimal alış məzənnəsini 1,5032 AZN/USD, maksimal satış məzənnəsini isə 1,6285 AZN/USD həddində məyyən edə bilər.