Ərdoğan və Poroşenko arasında telefon danışığı olub

erdogan-ve-porosenko-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 704

Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğan və ukraynalı həmkarı Petro Poroşenko arasında azad ticarət zonasının yaradılması ilə bağlı telefon danışığı olub.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.

Poroşenko söhbət zamanı Türkiyə Cumhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibəti ilə türk xalqını təbrik edib.

“Tərəflər azad ticarət zonasına dair danışıqları fəallaşdırmaq barədə razılığa gəliblər və gələcəkdə yüksək səviyyədə əlaqələrin davam etdirilməsinə qərar veriblər”,-məlumatda deyilir.

 Türkiyə daha əvvəl azad ticarət zonasının yaradılması haqqında Ukrayna ilə danışıqları cari ilin sonunadək, yaxud 2017-ci ildə yekunlaşdırmaq niyyətində olduğunu bilirmişdi.