Ən çox məlumat hansı şirkətlə bağlı olub? - Hesabat

en-cox-melumat-hansi-sirketle-bagli-olub
Oxunma sayı: 846

MC&S-in media monitorinq qrupu 01-30 iyun 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 400 on-line media daxil olmaqla 465-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (991 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2076 məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat (233 məlumat), ali məktəblər arasında ADİU (1474 məlumat), otel və biznes mərkəzləri arasında Excelsior Hotel Baku (279 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://web.facebook.com/MediaConsultingServices/?fref=ts