Elşad Abbasov “Embawood”un rəhbərliyindən kənarlaşdırıldı

elsad-abbasov-embawoodun-rehberliyinden-kenarlasdirildi
Oxunma sayı: 8990

“Embawood” şirkətinin icraçı direktoru Elşad Abbasov tutduğu vəzifəsindən azad olunub. "Qafqazinfo" xəbər verir ki, “Embawood” şirkətindən Modern.az saytına verilən məlumata görə, bu barədə qərar ötən gün şirkət rəhbərliyinin toplantısında qəbul edilib.

Qərara əsasən, “Embawood” şirkətinin təsisçisi və icraçı direktoru olan Elşad Abbasov icraçı direktor vəzifəsindən azad edilib və onun yerinə əcnəbi şəxs təyin edilib.

Elşad Abbasov icraçı direktor vəzifəsindən azad olunsa da, təsisçilərdən biri kimi qalmaqdadır.