Dünya Bankı Ermənistana tranş ayırdı

-dunya-banki-ermenistana-trans-ayirdi
Oxunma sayı: 1486

Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb ki, 25 gündən sonra dövlətlərarası Martuni-Vardenis-Sotk magistralının (M-11) 6,5-11,1-ci kilometrində əsaslı təmir işlərinə başlanılacaq.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, nazirlikdən bildiriblər ki, haqqında söhbət gedən yolun əsaslı təmiri 2016-cı ildə Dünya Bankının vəsaiti hesabına tikiləcək və əsaslı təmir olunacaq “həyati əhəmiyyətli yollar” siyahısına salınıb.

Qeyd edək ki, həmin sahə strateji əhəmiyyət daşıyır və Ermənistanı işğal olunmuş Qarabağla birləşdirir.