“Dolların bahalaşması neftdən asılı deyil...”

dollarin-bahalasmasi-neftden-asili-deyil
Oxunma sayı: 1952

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı hesab edir ki, Dollar/Manat məzənnəsi neftin qiymətindən asılı deyil.

"Qafqazinfo" Fins.az-a istinadən xəbər verir ki, təcrübəli maliyyəçi bildirib ki, Azərbaycanda məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarmaq doğru deyil:

“Jurnalistlər və bizim bir çox deputatlar məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz. Çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur. Bizim halımızda əlaqə yoxdur. Bu bilərəkdən belə qoyulub. 1998-ci ildə biz Neft Fondunu yaradanda bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə, biz həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta Neft Fonduna gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə, onun məzənnəyə təsiri yoxdur. İndi Dollar bazara necə çıxır – Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün Dollardakı vəsaiti bazara çıxardır, Manata çevirir və büdcəyə transfer edir. Bu da yenə neftin qiymətləri ilə əlaqəli deyil. Neft Fondunun büdcə ödənişlərinin rəvanlığına xidmət etmək, təmin etmək öhdəliyi var. Neft Fondu da büdcə qarşısındakı öhdəliyini Mərkəzi Bankla, Maliyyə Nazirliyi ilə müəyyən edərək, lazım olan vaxtda, lazımı məbləğlərdə dollar satır.

Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur,- o deyib.