“Daşkəsən Filizsaflaşdırma”nın səhmləri müsabiqəyə çıxarıldı

daskesen-filizsaflasdirmanin-sehmleri-musabiqeye-cixarildi
Oxunma sayı: 704

Əmlak Məsələləri Dövlət Komitəsi “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, komissiyanın qərarına əsasən, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus 99,22 faiz səhmlərinin özəlləşdirilməsinə maraq göstərən iddiaçılar dövlət büdcəsinə 110 milyon manatdan az olmayan məbləğdə pul köçürməlidir. Eyni zamanda, ümumi həcmi 600 milyon ABŞ dollarının manatla ekvivalentindən az olmayan İnvestisiya Proqramı təqdim etməlidir. 1000 iş yerindən az olmayaraq yeni iş yerləri yaradılmalı, müəssisənin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, habelə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsi təmin edilməlidir. Bununla yanaşı, digər iqtisadi, sosial və ekoloji tələblər yerinə yetirilməlidir.