“Çudo peçka”da 6 aydır maaş verilmir...

cudo-peckada-6-aydir-maas-verilmir
Oxunma sayı: 2158

Binəqədi rayonu, Cəfər Xəndan 36 a küçəsində yerləşən “Çudo peçka” mağazasının işçiləri 6 aydır ki maaş almırlar. Bu barədə “Qafqazinfo”ya mağazada çalışan İmran Rzayev məlumat verib:

“Bizə deyirlər ki pul yoxdur. Hərdənbir 10-20 manat pul verirlər. O pulla ailə dolandırmaq olar? Əlacımız olmadığı üçün işləməyə davam edirik. Problemlə bağlı Binəqədi rayon məhkəməsinə də müraciət etmişik. İşə hazırda məhkəmədə baxılır”.

Qafqazinfo” məsələ ilə bağlı mağazanın baş ofisi ilə əlaqə saxlayıb. Baş ofisdən bildirdilər ki, işə məhkəmədə baxılır. Bu səbəbdən məsələ barəsində məlumat verməkdən imtina etdilər.