Bu xidmət vergidən azad edildi

bu-xidmet-vergiden-azad-edildi
Oxunma sayı: 4569

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2016-cı il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində “daşınması” sözündən sonra “, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti” sözləri əlavə edilir. Bu maddədə qeyd edilən xidmətlərdən vergi sıfır (0) dərəcə ilə tutulur.

İndiyədək tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti adi qaydada ƏDV-yə cəlb edilirdi.

Yeni mətndə göstərilir ki, tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV 0 dərəcə ilə hesablanır.