Bu şəxslər 7 il vergidən azad olunur - Yeni güzəştlər

bu-sexsler-7-il-vergiden-azad-olunur
Oxunma sayı: 10642

Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən, investisiya təşviqi sənədi alan fəaliyyət sahələrinə yeni vergi güzəştləri nəzərdə tutulub.

Qafqazinfo” Vergiler.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, investisiya təşviqi sənədi əldə edən şəxslərin mənfəətinin 50 faizi 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad olunur.

Həmçinin sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının 7 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə torpaq vergisi ödəməkdən azad ediliblər.