“Brexit”dən sonra büdcə profiti hədəfi dəyişir

brexitden-sonra-budce-profiti-hedefi-deyisir
Oxunma sayı: 805

“Brexit”dən sonra Britaniyanın 2020-ci ilə qədərki büdcə profiti hədəfi dəyişəcək.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, bu haqda Britaniyanın maliyyə naziri Corc Ozborn açıqlama verib.

Nazirin sözlərinə görə, bu vəziyyətdə məsələyə realistik yanaşmaqda fayda var. “Brexit”dən sonra Birləşmiş Krallıq iqtisadiyyatı şok vəziyyətindədir və on illiyin sonuna qədər olan hədəflərə çatmaq mümkünsüz görünür. Bu iqtisadi çətinliyə necə cavab verilməsi iqtisadi böyümə və məşğulluğa təsir edəcək. Belə vəziyyətdə maliyyə etibarlılığının təmin edilməsi, qoyulan hədəflərə çatmaqdan daha vacibdir.