“Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan” müsabiqəsinin ilk qalibləri mükafatlandırıldı

brain-ring-izle-nardan-hediyye-qazan-musabiqesinin-ilk-qalibleri-mukafatlandirildi
Oxunma sayı: 658

Mart ayının 27-də start götürmüş “Brain Ring” intellektual bilik yarışlarının növbəti – yeddinci mövsümü davam edir. “Nar” operatorunun ənənəvi olaraq dəstək verdiyi bu ilki yarışlarda respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda iştirak edir.

“Brain Ring” intellektual bilik yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi müsabiqə keçirilir. Onlayn müsabiqədə son 4 verilişin qaliblərinin adları açıqlandı.

“Twitter” hesabında @salam_nar təqi vasitəsilə suallara ən tez və dolğun cavab vermiş qaliblər – @javideas (Cavid Həsənov), @AzadABD (Azad Abdiyev), @Yeter_M_zadeh (Yetərxanım Murğuzzadə) və @AhmadliRashid (Rəşid Əhmədli) “Nar”dan hədiyyə olaraq 4G-modem və 1 aylıq yüksəksürətli internet qazanıblar.

Qeyd edək ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” tərəfindən təşkil edilən onlayn müsabiqə verilişin yayımı zamanı aparıcı tərəfindən tamaşaçılar üçün səsləndirilən suallar əsasında aparılır. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər. “Nar”dan hədiyyələr qazana bilmək üçün hər həftənin bazar günü saat 19:00-da AzTV-də “Brain Ring” yarışlarını izləmək lazımdır.