“BMW” Telman İsmayılovun oğluna qarşı - “Müflis elan olunsun”

bmw-telman-ismayilovun-ogluna-qarsi
Oxunma sayı: 3403

Rusiyanın “BMW” bankı azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovu müflis elan etmək niyyətindədir.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bank bəyanat verərək Ələkbər İsmayılovun müflis kimi tanımasını istəyib. Bank nümayəndəliyi İsmayılovun müflisliyi haqda qaldırdığı iddia tələbindəki məbləği açıqlamaqdan imtina edib.

Bankın bəyanatında bildirilir ki, “BMW” həmişə məhkəməyə qədər olan müddətdə müştərinin borcunun qaydaya salınmasına çalışır. Amma müştərini tapmaq, onunla əlaqə saxlamaq mümkün olmadıqda iş birbaşa məhkəməyə verilir.

Qanuna əsasən, kreditor fiziki şəxsin müflis elan olunması prosesinə başlaya bilər. Bu halda müştərinin borcu 500 000 rublu keçməlidir və borc müddəti 3 ayı ötməlidir.

Qeyd edilir ki, “AST Trans market”in səhmlərinin 31.7%-i Ələkbər İsmayılova, bir o qədəri qardaşı Sərxana, yerdə qalan səhmlər isə qohumları Zaur Mərdanova məxsusdur.

Aysel Kərimova