Beynəlxalq Bankın sığorta fəaliyyətinə lisenziya verildi

-beynelxalq-bankin-sigorta-fealiyyetine-lisenziya-verildi
Oxunma sayı: 941

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Palatanın Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı “ABB”-nin müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

Sözügedən lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.