Beynəlxalq Bank nizamnamə kapitalını artırır - 600 milyon

beynelxalq-bank-nizamname-kapitalini-artirir-
Oxunma sayı: 1244

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra bankın nizamnamə kapitalının artırılması istiqamətində addımlar atır.

Qafqazinfo” xəbər verir ki, bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 milyon manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 1.241,287,247.85 manata çatdırılmış olacaq.

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov deyib ki, nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir: “ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur”.