“Bankların sayının 30-dan aşağı düşməsi gözlənilir”

banklarin-sayinin-30-dan-asagi-dusmesi-gozlenilir
Oxunma sayı: 1523

İqtisadçı Samir Əliyev “Bank Standart”ın lisenziyasının ləğv edilməsi ilə bağlı qərara münasibət bildirib.

Qafqazinfo”nun məlumatına görə ekspert bu bankın bağlanmağının labüd olduğunu bildirib:

“Bu bankı son illər bağlanan ən böyük bank saymaq olar. Depozitlərin həcminə görə ikinci ən böyük bank olub, vaxtilə ilk beşliyə düşüb. Əlbəttə 460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək. Həmin vəsaitlər hər bir halda dollara çevrilərək, ya banklara və yastıq altına yönələcək. Bu da dollara tələbatı artıracaq. Söhbət təxminən 280 milyon dollardan gedir.

Samir Əliyev “Bank Standart”ın bağlanan sonuncu bank olmadığını da əlavə edib:

“Bu bankı devalvasiyasadan sonra bağlanan 13-cü bank da saymaq olar. Ümumiyyətlə götürdükdə banklarımızın 29%-i devalvasiyanın “qurbanı” olub. Proses davam edəcək. Hazırda bazarda 32 bank qalıb. Onların sayının 30-dan aşağı düşməsi gözlənilir. Həmin rəqəmin 25-də yoxsa 20-də dayanacağını zaman göstərəcək. Hər bir halda bəzi banklar palatadan “Qara kağız” almalı olacaqlar”.