Banklardan qadınlar üçün güzəşt... - Video

banklardan-qadinlar-ucun-guzest
Oxunma sayı: 2559

Bundan sonra qadınlar daha aşağı faizlə kredit ala biləcəklər. Bu, beynəlxalq maliyyə qurumları ilə Mərkəzi Bank arasında müzakirə edilən yeni layihənin qəbulu ilə gerçəkləşə bilər.

“Qafqazinfo”nun Xəzər TV-yə istinadən xəbər verir ki, qadın sahibkarların cəmiyyətdə rolunun yüksəldilməsinə və onların sayının artırılmasına hesablanan layihədə qadınlar üçün kredit ödənişlərində də bir sıra güzəştlər nəzərdə tutulur.

Ancaq qadınlar üçün nəzərdə tutulan bu kredit güzəştindən sui-istifadə hallarının ola biləcəyi də istisna edilmir. Məsələn, kredit qadının adından götürülsə də, biznes fəaliyyətini kişi idarə edərək kredit faizlərindən yayına bilər.

Ancaq ekspertlər bu sahədə nəzarət mexanizmləri ilə belə halların qarşısının alınmasını mümkün hesab edirlər.

Hazırda müzakirə mərhələsində olan layihənin reallaşması ilə Azərbaycanda qadınlara xas olan xalçaçılıq, dərzilik və digər sahələrin inkişafında yeni mərhələnin başlanmasına səbəb ola bilər.