Banklarda girovu olanların nəzərinə

banklarda-girovu-olanlarin-nezerine
Oxunma sayı: 4514

Banklar məhkəmə qərarı ilə kredit borcu olanların əmlakını hərraca çıxarır. Onun satışından əldə olunan vəsaitdən isə 18 faizlik əlavə dəyər vergisi ödəyir. Məhz bu verginin ləğvi tələb olunur. Təklif kredit faizlərinin aşağı salınmasına hesablanıb.

“Qafqazinfo”nun xəzərxəbər-ə istinadən məlumatına görə, mütəxəssislər Banklar Assosasiyası tərəfindən verilən təklifin həm vətəndaşlara, həm də banklara faydalı olacağı fikrindədirlər. Bu, ilk olaraq vətəndaşların daha iri məbləğdə və aşağı faizlə kredit almasına səbəb ola bilər.

Mütəxəssislər girov qoyanların da mövqeyinin qorunması üçün dəyişikliyi vacib sayır. Çünki əksər hallarda banklar hərraca qoyulan girovun ucuz və ya baha satılmasında maraqlı olmurlar.

Təkliflər Banklar Assosasiyası ilə Mərkəzi Bank arasında müzakirə olunacaq. Təkliflərin reallığa çevrilməsi ilə kredit faizlərinin önəmli dərəcədə aşağı salınması hədəflənib.