Bankdan neftçilərə böyük jest

bankdan-neftcilere-boyuk-jest
Oxunma sayı: 3767

Bəzi banklar dekabrın 15-də “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsində baş vermiş hadisədə həlak olmuş və itkin düşmüş neftçilərin borclarını silib.

"Qafqazinfo"nun sorğusuna cavab olaraq Unibankdan bildiriblər ki, artıq bankın Müşahidə Şurasında bu məsələ müzakirə olunub və bank rəhbərliyi faciə nəticəsində həlak olan və itkin düşən neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanmasına qərar verib. Baş vermiş hadisə nəticəsində həlak olan və itkin düşən neftçilərdən 3 nəfəri Unibankın müştərisidir.

Bununla əlaqədar olaraq, faciədə həlak olan və itkin düşən neftçilərin ailə üzvlərindən xahiş olunur ki, Unibankın Rəşid Behbudov ünvanında yerləşən baş ofisinə müraciət etsinlər.