Bank of Baku öz reytinqini qoruyub

bank-of-baku-oz-reytinqini-qoruyub
Oxunma sayı: 821

Moody's beynəlxalq reytinq agentliyi 01 yanvar – 01 iyul 2016-cı il tarixləri arasında Bank of Baku-nun reytinqinin stabil olaraq qaldığını və çətin iqtisadi vəziyyətin fonunda belə Bankın öz mövqeyini qoruyub saxladığını təsdiq edib.

Açıqlamada Bankın kapital adekvatlığı, ehtiyatların yaradılma siyasəti, likvidlik səviyyəsi, eyni zamanda gəlir qazanma qabiliyyəti müsbət qiymətləndirilib.

Belə ki, Bankın 01 iyul 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən məcmu kapitalın adekvatlıq əmsalı 19.5% təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən yüksəkdir. Moody’s agentliyi vurğulayır ki, Bank qeyri-işlək kreditlərə 100%-dən artıq ehtiyat yaratmış, eyni zamanda ehtiyatdan əvvəl gəliri ümumi aktivlərinin 9.3%-ini təşkil etmişdir. Hesabatda Bankın likvidlik mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı göstərilmişdir. Mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq Bank 2015-ci ilin 2-ci rübündən etibarən əməliyyat xərclərinin optimallaşdırılmasına fokuslanmışdır.

Qeyd olunanları nəzərə alaraq, Moody’s Reytinq agentliyi bankın reytinqini stabil olaraq B3 səviyyəsində saxlayıb.