“Bank of Baku”nun rəhbərliyində dəyişiklik

bank-of-bakunun-rehberliyinde-deyisiklik
Oxunma sayı: 2677

“Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Eldar Həmidova tapşırılıb. "Qafqazinfo" “APA-Economics”ə istinadən xəbər verir ki, bunadək E. Həmidov İdarə Heyətinin üzvü olub.

İdarə Heyətinin sədri vəzifəsini isə müvəqqəti olaraq Nahid Zeynalov icra edib. N. Zeynalov həmçinin sədrin I müavini olub.

Əldə etdiyimiz başqa bir məlumata görə, N. Zeynalov “Kapital Bank” ASC-yə transfer olunub. Onun İdarə Heyətinə təyinat alacağı gözlənilir.

Maraqlıdır ki, Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunduqdan sonra “Bank of Baku”nun İdarə Heyətinin sədri postu vakant qalıb. İlk olaraq bu vəzifənin müvəqqəti olaraq Zaur Qaraisayev icra edib. Lakin qısa müddətdən sonra Z. Qaraisayev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəməsi olan “ABB-Moskva” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alıb.

Z. Qaraisayevdən sonra bu vəzifəni N. Zeynalov tutub.