Bakıda hərrac keçirildi

bakida-herrac-kecirildi
Oxunma sayı: 1249

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün hərrac keçirib.

Qafqazinfo” xəbər verir ki, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələri və istifadəsiz qeyri yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən “Xəstəxana binasının yarımçıq tikilisi” olub. Belə ki, bu əmlak 70 min manata özəlləşdirilib. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış obyektinin 1-i paytaxtın Nərimanov rayonunda, 2-si isə müvafiq olaraq regionlarda Gəncə şəhəri və Mingəçevir şəhərində yerləşir.

Hərracda özəlləşdirilmiş 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir.

Komitə tərəfindən növbəti hərrac 28 martda keçiriləcək. Hərraca çıxarılan 144 əmlakdan 40-ı səhmdar cəmiyyəti, 77-i kiçik dövlət müəssisə və obyekti və 27-si nəqliyyat vasitəsidir.