Bakıda Daşınmaz Əmlak və İnvestisiya Sərgisi başlayır

bakida-dasinmaz-emlak-ve-investisiya-sergisi-baslayir
Oxunma sayı: 662

Sabah Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə “Baku Expo Mərkəzi”ndə RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin açılış tədbiri keçiriləcək. Dünyanın 10-a yaxın müxtəlif ölkəsinin nüfuzlu əmlak, tikinti və investisiya şirkətlərinin iştirak etdiyi sərgi 24 noyabr tarixinədək davam edəcək. 

Qafqazinfo” xəbər verir ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Sərgi daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsinə şərait yaradır.

23 noyabr saat 14:00-da isə “Baku Expo Mərkəzi”ndə “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda böyük konfrans baş tutacaq.

Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayacaq.