Bakıda 600 minlik əmlak satışa çıxarıldı

-bakida-600-minlik-emlak-satisa-cixarildi
Oxunma sayı: 989

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

Qafqazinfo” xəbər verir ki, bu hərraca ümumilikdə 158 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyəti, 96 kiçik dövlət müəssisə və obyekti, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi çıxarılıb.

96 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Şəki şəhəri, habelə Saatlı, Mingəçevir, Ucar, Şirvan, Sabirabad, Şəmkir, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakı şəhərində yerləşən “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti, “ Suraxanı rayonunda yerləşən Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası “Şirvan şəhərində yerləşən “Reduktorların təmiri sexi”, Şəmkir rayonunda yerləşən “Şəmkir Balıq Zavodu kimi müəssisələr var.

Paytaxtda hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Bakı şəhəri Sabunçu rayonunda yerləşən “Yardımçı təsərrüfat”-dır. 900 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 2707.3 kv.m., ümumi torpaq sahəsi isə 60011 kv.m.-dir. Regionlarda isə ən yüksək start qiyməti 990 min manata təklif olunan Balakən şəhərində yerləşən “Əmlak Kompleksi”-nə aiddir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 967 min manata paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti, 716 min manata Bakının Suraxanı rayonundakı “Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası”, 275 min manata Sumqayıtda yerləşən “Dalğa” kiçik müəssisəsi, 485 min manata Şəkidə yerləşən Barama Toxumu Zavodu da var.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalan 1-i isə Mingəçevir rayonunda yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 600 min manat start qiyməti ilə hərraca çıxarılıb.