Bağ evlərinin kirayə qiymətləri - Video

bag-evlerinin-kiraye-qiymetleri
Oxunma sayı: 3730

İstirahət mövsümü yaxınlaşdıqca kirayə bağ evlərinə də tələbat artır. Vətəndaşları daha çox maraqlandıran bağ evlərinin kirayə qiymətləridir. Rieltorlar deyir ki, dənizə yaxın evlərin qiyməti bahadır. Qiymətlər isə 300- 5 000 manat arasında dəyişir.

Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, rieltorlar əvvəlki illərlə müqaisədə bağ evi kirayə verənlərin çoxaldığını, ancaq belə evlərə təlabatın azaldığını deyirlər. Qiymətlər təkcə evin şəraitindən asılı deyil. Evin otaqlarının çoxluğu, həyətdə hovuzun olması, eləcə də bağda meyvə ağaclarının çoxluğu da qiymətlərə təsir edir.

Novxanı bağ istirahəti üçün daha populyar yer sayılsa da, eyni şəraitli bağ evlərini başqa ərazilərdə daha aşağı qiymətlə kirayə götürmək mümkündür.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı növbəti aylarda paytaxtın mərkəzi hissələrində yerləşən bağ evlərinin kirayə qiymətlərinin artacağını bildirir.