Baba Rzayev iclas keçirdi

baba-rzayev-iclas-kecirdi
Oxunma sayı: 3431

“Azərişıq” ASC-nin sədri Baba Rzayevin sədirliyi ilə 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair departament direktorları, idarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri və onların strukturuna daxil olan rayon (şəhər) elektrik şəbəkələri rəislərinin iştirakı ilə toplantı keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda 2015-ci il ərzində görülən quruculuq işlərindən danışılıb, 2016-cı ildə qarşıda duran vəzifələrdən və konkret görüləcək işlərdən söhbət açılıb. Bildirib ki, dünyada baş verən qlobal iqtisadi böhran şəraitində ölkəmizdə quruculuq-abadlıq işlərinin, sosial layihələrin davam etdirilməsi prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.

Qeyd edilib ki, bir dövlət qurumu olaraq “Azərişıq” ASC də bu istiqamətdə öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir. Daha sonra cəmiyyətin sədri toplantı iştirakçılarına ayrı-ayrılıqda tövsiyyə və tapşırıqlarını verib.