Azərbaycanlı biznesmen Kremlin yanında hotel tikdirir

azerbaycanli-biznesmen-kremlin-yaninda-hotel-tikdirir
Oxunma sayı: 5962

Moskvada, Kremlin yanında yerləşən keçmiş “Rossya” otelinin yerində yeni 5 ulduzlu hotel tikilir.

Qafqazinfo”nun Lent az-a istinadən məlumatına görə, hotelin tikintisi barədə rəsmi razılıq artıq Moskva meriyası tərəfindən verilib.

Bir vaxtlar Avropanın ən böyük hoteli sayılan “Rossiya”nın yeri Azərbaycandan olan iş adamları Zarah İliyev və Qod Nisanov, habelə onların şəriki İlham Rəhimov tərəfindən alınıb. Artıq hotelin tikintisinə başlanılıb.

Yeri gəlmişkən, İlham Rəhimovun köməkçisi də məlumatı bu gün “Yeni Müsavat”a verdiyi açıqlamasında təsdiqləyib.