“Azərbaycanın qaz ehtiyatları ən azı 100 il kifayət edəcək”

azerbaycanin-qaz-ehtiyatlari-en-azi-100-il-kifayet-edecek
Oxunma sayı: 1131

“Azərbaycan və Xorvatiya yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcək. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək”.

QafqazinfoTrend-ə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə verilən rəsmi ziyafətdə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək:

“Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq. “Strateji xarakter” sözləri artıq ikitərəfli münasibətlərimizdə adət etdiyimiz bir ifadədir. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Sizin proqramınız çox zəngindir. Ümidvaram ki, sabah Azərbaycan haqqında daha da çox məlumat toplamaq imkanınız olacaq”.