Azərbaycanın kapital bazarlarını hansı şirkət müasirləşdirəcək?

azerbaycanin-kapital-bazarlarini-hansi-sirket-muasirlesdirecek-
Oxunma sayı: 676

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etməkdir. Layihənin icrası ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi üçün maraqların ifadə olunması ilə əlaqədar 11 oktyabr 2011-ci il tarixində yerli və xarici kütləvi informasiya vasitələrində elan dərc edilib.

31 oktyabr 2011-ci il tarixinədək layihədə iştirakla əlaqədar ABŞ, Almaniya, Fransa, İsveç, Türkiyə, Avstraliya, Yaponiyadan bütövlükdə 22 inkişaf etmiş ölkələrdən 46 təşkilatın iştirakı ilə 20 maraqların ifadəsi daxil olub.

Qiymətləndirmə nəticəsində 6 təşkilat (“Corporate solutions”, “Deloitte & Touche LLC”, “DLA Piper”, “Türkiyə kapital bazarları şurası”, “NASDAQ OMX”, “Adetef”) müəyyən edilmiş və qısa siyahıya salınıb.

Növbəti mərhələdə qeyd olunan təşkilatlar öz maliyyə və texniki təkliflərini Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər və bundan sonra layihənin icrası üçün bir təşkilat seçiləcək.

Nigar Məmmədli