Azərbaycanı nə gözləyir? - Rəsmi iqtisadi proqnoz

azerbaycani-ne-gozleyir-
Oxunma sayı: 3482

Azərbaycanda 2017- ci il və sonrakı 3 il üzrə makroiqtisadi proqnozlar açıqlanıb.

Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, 2017- ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1 faiz olmaqla 61,4 milyard manat təşkil edəcək.

2018-2020- ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020- ci ildə ÜDM-in real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır.

Qeyri- neft sektorunda ÜDM-in real ifadədə 2,5 faiz artaraq 41, 7 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82, 8 faiz həcmində olması nəzərdə tutulur.

2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4 milyard manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 milyard manatı və ya 36,2 faizi sənayenin , 6,1 milyard manatı və ya 9,9 faizi tikintinin, 24,3 milyard manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 milyard manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək.


Günel Türksoy