Azərbaycanda 16 928 nəfər bankda işləyir

azerbaycanda-16-928-nefer-bankda-isleyir
Oxunma sayı: 904

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 yanvar 2017-ci il tarixinə cəmi aktivləri 32,407.1 milyon manat, cəmi öhdəlikləri 30,347.5 milyon manat təşkil edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, sektorun balans kapitalı 2,059.6 milyon manatdır. Əhalinin əmanətləri 7,691.3 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 569, söbələrinin sayı 132, ATM-lərin sayı 2468-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edir.

2017-ci ilin 31 yanvar tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.