Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb

azerbaycan-turkiyeye-qaz-tedarukunu-artirib
Oxunma sayı: 645

Azərbaycan 2016-cı ilin yanvar-fevralında Türkiyəyə 1,15 milyard kubmetr qaz tədarük edib. 2015-ci ilin müvafiq dövründə bu göstərici 1,11 milyard kubmetr olub.

Qafqazinfo”nun xəbərinə görə, bu barədə Trend Türkiyə Enerji bazarının tənzimlənməsi idarəsinin (EPDK) saytına istinadən məlumat verir.

Azərbaycan 2015-ci ildə Türkiyəyə 6,17 milyard kubmetr təbii qaz tədarük edib, 2014-cü ildə isə bu rəqəm 6,07 milyard kubmetr olub.