Azərbaycan-Rusiya Forumu keçiriləcək

azerbaycan-rusiya-forumu-kecirilecek
Oxunma sayı: 651

Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Qafqazinfo”nun İqtisadiyyat Nazirliyinə istinadən məlumatına görə, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə “dəyirmi masa”lar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.

Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.