Azərbaycan neftinin həftəlik qiymətləri- - İcmal

azerbaycan-neftinin-heftelik-qiymetleri-
Oxunma sayı: 1721


"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 52,64, minimum isə 49,58 dollar/barel təşkil edib.

31 avqust - 4 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 47,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 5,38 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 49,65, minimum isə 46,44 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

31 avqust - 4 sentyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 48,87 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 5,08 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 50,43 dollar, minimum isə 47,39 dollar/barel təşkil edib.

“Qafqazinfo”