Azərbaycan nefti ucuzlaşdı

azerbaycan-nefti-ucuzlasdi
Oxunma sayı: 2547

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,64 dollar və yaxud 3,21% ucuzlaşıb.

QafqazinfoReport-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,41 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.