Azərbaycan Cənubi Qafqazda liderdir - İKT sahəsində

azerbaycan-cenubi-qafqazda-liderdir
Oxunma sayı: 692

Beynəlxalq Elektrorabitə İttifaqı İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsi üzrə ölkələrin builki reytinq cədvəlini hazırlayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cədvəlin birinci sırasında bu il də Koreya Respublikası qərarlaşıb. 175 ölkənin yer aldığı siyahıda Azərbaycan Qazaxıstan, Küveyt, Kipr, Argentina, Çili və Kosta-Rikadan geri qalsa da, Oman, Malaziya, Rumıniya, Montoneqro kimi ölkələrdən irəlidədir.

Cədvəldə Azərbaycan 58, Ermənistan 71-ci, Rusiya 43-cü, Gürcüstan 72-ci sırada dayanıb.

Qeyd edək ki, reytinq cədvəlinin ilk beşliyini İslandiya, Danimarka, İsveçrə və Böyük Britaniya təşkil edir.

Aysel Kərimova