Azərbaycan banklarının 4,2 milyard dollar xarici borcu var

azerbaycan-banklarinin-42-milyard-dollar-xarici-borcu-var
Oxunma sayı: 1562

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-nə 7 milyard 224,8 milyon manat (təxminən 4,2 milyard dollar) təşkil edib.

Qafqazinfo”nun məlumatına görə, Report Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki bu, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 milyon manat və ya 2,64% çoxdur.

Son 1 ildə isə bankların xarici öhdəlikləri 979,7 milyon manat (təxminən 570 milyon dollar) və ya 11,94% azalıb.

Hesab edilir ki, xarici öhdəliklərinin dekabr ayında artması manatın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Milli valyuta ucuzlaşmaqda davam etdiyi üçün xarici öhdəliklərin bu ilin yanvar ayında da artım nümayiş etdirməsi proqnozlaşdırılır.