Avropanın “әn yaxşısı” bәlli oldu

avropanin-n-yaxsisi-blli-oldu
Oxunma sayı: 1882

"Bavariya"nın yarımmüdafiəçisi Renato Sanşeş 2016-cı il üçün Avropanın ən yaxşı gənc futbolçusu seçilib.

"Qafqazinfo" xəbər verir ki, bu gün Monte-Karloda mükafatın təşkilatçısı "Tuttosport" (İtaliya qəzeti) 19 yaşlı portuqaliyalıya "Golden Boy" mükafatı təqdim edəcək.

Qalib Avropa KİV-indən 30 jurnalistin sorğusu nəticəsində təyin edilir. Mükafatın sahibi 21 yaşdan yuxarı olmamalıdı və Avropa çempionatlarından birinin ən yüksək liqasında çıxış etməlidi.

Portuqaliya millisinin heyətində AÇ-2016-nı qazanan Renato səsvermədə "Mançester Yunayted"in forvardı Markus Reşford və komanda yoldaşı Kinqsli Komanı qabaqlayıb.

Ötən il bu mükafatı "Mançester Yunayted"in hücumçusu Antoni Marsyal qazanıb. Daha öncə isə Ueyn Runi, Mario Balotelli, Serxio Aquero və Pol Poqba kimi məşhur futbolçular bu mükafata sahib çıxıb.