“Avis”in bağlandığı təsdiqləndi - Əməliyyatı kim keçirib?

avisin-baglandigi-tesdiqlendi
Oxunma sayı: 7248

Dünən axşam saatlarından etibarən bütün şöbələri bağlanan “Avis” apteklə bağlı yeni məlumatlar ortaya çıxıb.

“Qafqazinfo”nun əməkdaşları bu gün bağlanan apteklərə baş çəkib. Nərimanov metrostansiyasının çıxışında yerləşən “Avis” aptekin bağlı olduğu məlum olub.

Yaxınlıqdakı obyekt sahibləri aptekin dünən günün ikinci yarısında bağlandığını təsdiqləyiblər. Onların sözlərinə görə, “Avis” prokurorluq orqanlarının əməkdaşları tərəfindən yoxlama aparıldıqdan sonra bağlanılıb.

Aptekin içində dərmanların yığıldığı rəflər və daxili şüşə qapı möhürlənib. Qapı üzərində bağlanış barədə bildiriş kağızı vurulub. 

Baş Prokurorluğun yaxın saatlarda “Avis”dəki əməliyyatla bağlı geniş məlumat yayacağı gözlənilir.

Günel Hacı

Murad Əhməd

Fotolar: Nuran