“Apple”nin gəlirləri 2,1 milyard azalıb

applenin-gelirleri-21-milyard-azalib
Oxunma sayı: 783

Texnologiya nəhəngi “Apple” 2016-cı ilinin dördüncü rübündə xalis mənfəət və gəlirlərinin azaldığını bildirib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Apple”dən verilən açıqlamada qeyd edilib. Şirkətin xalis mənfəəti ötən illə müqayisədə 19 faiz azalaraq 9 milyard dollara enib. 2015-ci ildə isə bu göstərici 11,1 milyard dollar olub. Şirkətin gəlirləri 2,1 milyard azalıb.

2016-cı maliyyə ilinin dördüncü rübündəki gəlir isə 9 faiz azalaraq 46,9 milyard dollara geriləyib. Ötən ilin iyul-sentyabr dövründə “Apple”nin gəliri 51,5 milyard dollar olub.