ALBALI PLUS debet kartına sahib olmaq asanlaşdı

albali-plus-debet-kartina-sahib-olmaq-asanlasdi
Oxunma sayı: 1553

Unibank kart sifariş saytını təqdim edib.

Rahat, etibarlı və hər yerdə istifadəsi mümkün olan bir kart arzusundasınız? O zaman ALBALI PLUS debet kartını əldə edin. Elə indi vaxt itirmədən, Unibankın təqdim etdiyi yenilənmiş kart sifariş saytından sizə çoxlu imtiyaz və üstünlüklər verən ALBALI PLUS debet kartını sifariş edin. http://albali.az/debet/

Qafqazinfo” xəbər verir ki, ALBALI PLUS debet kartını həm manat, həm də dollar valyutasında sifariş etmək mükündür. Unibank-ın ALBALI PLUS debet kartı istifadəçilərinə daha rahat və daha təhlükəsiz ödəniş etməklə yanaşı, vəsaitlərinin üzərinə əlavə 6%-dək gəlir qazanmaq imkanı yaradır.

"ALBALI PLUS” debet kart sahiblərinə daha hansı imkanlar verir?

Pulsuz nağdlaşdırma: - ALBALI PLUS debet kartına sahib olmaq çox - çox sərfəlidir. Bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini Unibank bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir. Çünki ALBALI PLUS debet kartı üzrə nağdlaşdırma komissiyası 0 % təşkil edir. Unikal depozit imkanı:

- ALBALI PLUS debet kartına sahib olan hər kəs kartın sərfəli debet imkanlarından istifadəylə yanaşı, həm də illik əlverişli gəlir əldə edə biləcək. Çünki bu kart, istifadəçilərinə geniş depozit imkanları təqdim edir. Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz. Kartda öz vəsaiti saxlayan müştərilər reytinqindən və vəsaitin valyutasından asılı olaraq, illik 6%-dək gəlir əldə edə bilərlər.

Hər iki beynəlxalq ödəniş sisteminə malikdir: - ALBALI PLUS debet kartını sahib olmaq istəyənlər artıq rahat şəkildə kartlarının hansı bəynəlxalq ödəniş sisteminə aid olmasını özləri seçə biləcəklər. Beynəlxalq statusa malik olan ALBALI PLUS debet kartını həm Visa, həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.

"ALBALI PLUS” debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən Unibank filialına müraciət edə bilərsiniz.

Elə indi vaxt itirmədən kartı sifariş edə bilərsiniz. http://albali.az/debet/

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytlarından (www.unibank.az və ya www.albali.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.