ABŞ neft hasilatını azaltdı

abs-neft-hasilatini-azaltdi
Oxunma sayı: 1558

Amerika şirkətləri ölkə ərazisindəki bütün neft quyularının 2/3-sini bağlayıb.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, bunu bu gün International Petroleum weekand forumunda çıxış edən Total neft şirkətinin başçısı Patrik Puyanne deyib.

“2015-ci ilin mart ayından ABŞ-da neft hasilatının azalması müşahidə olunur. Azalma sutkada 500 min barel sürəti ilə davam edir. Bu azalmanın hansı sürətlə davam edəcəyini bilmirik, amma hazırda neft quyularının 2/3-si işləmir”, - Puyanne bildirib.

Total şirkətinin prezidentinin sözlərinə görə, dünya bazarında neftin izafi həcmi 2% təşkil edir. O, həmçinin qeyd edib ki, neftin qiymətini proqnozlaşdırmaq mümkün deyil.