954 milyon manat hara xərclənib?

954-milyon-manat-hara-xerclenib
Oxunma sayı: 1654

Cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 954,2 milyon manat vəsaitin 751,5 milyon manatı neft sektoruna sərf edilib.

QafqazinfoStatistika Komitəsinə istinadən xəbər verir ki, vəsaitin digər hissəsi, yəni, 202,7 milyon manatı qeyri-neft sektoruna yönləndirilib. Ümumi sərmayənin 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 89,3 faizi məhsul istehsalı obyektlərinin 7,7 faizi xidmət sahələri üzrə obyektlərin, 3,0 faizi isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,4 faiz, bank kreditləri 8,2 faiz, büdcə vəsaitləri 3,5 faiz, əhalinin şəxsi vəsaitləri 3,0 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,9 faiz təşkil edib.