722 milyon 101 min manat...

722-milyon-101-min-manat
Oxunma sayı: 1579

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə məlumat yayıb.

 "Qafqazinfo" quruma istinadən xəbər verir ki, fond tərəfindən 16 yanvar 2017-ci il tarixdə “Parabank”ın qorunan əmanətçilərinə 42 milyon 981 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i), “Zaminbank”ın qorunan əmanətçilərinə 52 milyon 469 minmanat (ümumi kompensasiya öhdəliyinin 72,2 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 086 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 126 miyon 306 min manatdan artıq kompensasiya ödənilib.

 16 yanvar 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon245 min manatdan artıq kompensasiya ödənilib.

16 yanvar 2017-ci il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəniümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 334 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,1 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 458 min manatdan artıq kompensasiya ödənilib.

16 yanvar 2017-ci il tarixdə QSC“Bank Standard” KB-nin qorunan əmanətçilərinə 434 milyon 092 min manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98,4 %-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 722 milyon 101 min manatdan artıq kompensasiya ödənilib.